featured-image-68100

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda Şimali Makedoniyanın “Şkendiya” kollektivinin qonağı olacaq.

Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Slovakiyadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Bakıda keçiriləcək.

Bənzər xəbərlər