“Qarabağ” – “Şkendiya” oyununa nə qədər bilet satılıb?
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” – “Şkendiya” oyununa satılan bilet sayı açıqlanıb.
Msport.az xəbər verir ki, qarşılaşmaya 25 min bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir. VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şkendiya” oyunu saat 20:00-da başlayacaq.