featured-image-44691

Bakıda UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda üz-üzə gələcək “Qarabağ” və Almaniyanın “Bayer” klubunun start heyətləri açıqlanıb

Msport.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

“Qarabağ”: Andrey Lunyov, Marko Veşoviç, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Toral Bayramov, Patrik Andrade, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Juninyo

Baş məşqçi: Qurban Qurbanov

“Bayer”: Matey Kovar, Alexandro Qrimaldo, Edmond Tapsoba, Conatan Tah, Odilon Kassunu, Amin Adli,Robert Andrix, Ezekyel Palasios, Natan Tella, Borxa İqlesias, Adam Hlojek.

Baş məşqçi: Xabi Alonso

Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.

Bənzər xəbərlər