“Qarabağ” və “Neftçi” səfər matçına çıxır
Azərbaycan Premyer Liqasında bu gün V tura iki oyunla yekun vurulacaq.
Msport.az xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edəcək.
“Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşmanı Əliyar Ağayev idarə edəcək. “Araz-Naxçıvan” 10 xalla turnir cədvəlinin üçüncü pilləsindədir. Səkkizinci yerdə olan “Qarabağ”ın isə 4 xalı var.
Turun son görüşü Sumqayıtda keçiriləcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Bu matçı Elçin Məsiyev idarə edəcək. “Sumqayıt” 10 xalla ikincidir. 11-ci pillədə qərarlaşan “Neftçi” isə 4 xala malikdir.
Premyer Liqa
V tur
21 sentyabr
17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Liv Bona Dea Arena”
19:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abasov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Karvan-Yevlax”ı, “Qəbələ” “Kəpəz”i 3:0, “Zirə” “Şamaxı”nı 2:1, “Sabah” “Turan Tovuz”u 2:0 hesabı ilə üstələyib.