“Qarabağ” – “Vestri” oyununa satılan bilet sayı açıqlandı
Bakıda “Qarabağ” və İslandiyanın “Vestri” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa indiyədək 16 min 350 bilet satılıb.
Msport.az xəbər verir ki, bu barədə Azərbaycan təmsilçisi məlumat yayıb.
“Qarabağ” – “Vestri” matçı iyulun 9-da, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.







