featured-image-84430

 Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Msport.az xəbər verir ki, FİFA referisi Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Anderlext” (Belçika) – “Zaltsburq” (Avstriya) oyununun baş hakimi olacaq,

Belçikada keçiriləcək görüşdə Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov yan xət hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Nicat İsmayıllı yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.

Bənzər xəbərlər