featured-image-84432

İspaniyanın “Tenerife” klubunun futbolçusu Xesus de Migel 30 yaşında vəfat edib.

Msport.az xəbər verir ki, İspaniya Sequndasının 12-ci turunda “Andorra” ilə matçın son dəqiqələrində rəqib komandanın qapıçısı Xesus Ovononun sinəsinə zərbəsindən sonra De Migel yerə yıxılıb. Futbolçunun səhhətində yaranan problemə görə oyun yarımçıq dayandırılıb.

30 yaşlı hücumçunu həkimlərin müdaxiləsi ilə həyata qaytarmaq mümkün olsa da, De Migel noyabrın 3-də səhər saatlarında xəstəxanada vəfat edib.

Qeyd edək ki, futbolçu noyabrın 2-dən xəstəxanada müalicə alırdı. Onun reanimasiyada olduğu müddətdə sərbəst nəfəs aldığı bildirilirdi.

Bənzər xəbərlər