“Qarabağ” Yankoviçi ay yarımlıq itirdi
“Qarabağ”ın zədəli futbolçusu Marko Yankoviçin durumu ciddidir.
Msport.az xəbər verir ki, bu barədə klubdan məlumat verib.
Bildirilib ki, Yankoviçin zədəsi ilə bağlı ilkin dəyərləndirmə belə idi ki, bu, əzələ spazmasıdır. Sonradan MRT müayinəsi zədənin daha ciddi olduğunu üzə çıxarıb. Müayinədən sonra müəyyənləşib ki, dördbaşlı əzələnin gərilməsi diaqnozudur. Yankoviçin komandaya qayıtması təxminən 6 həftə çəkəcək.
Bu isə o deməkdir ki, monteneqrolu yarımmüdafiəçi Çempionlar Liqasında oktyabrın 1-də “Kopenhagen” (Danimarka) və oktyabrın 22-də “Atletik”lə (İspaniya) keçiriləcək oyunları buraxacaq.
Qeyd edək ki, Marko Yankoviç UEFA Çempionlar Liqasının I turunda “Benfika” ilə keçirilən matçın 77-ci dəqiqəsində zədələnib.