featured-image-68861

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” pley-off mərhələsində cavab oyununa çıxacaq.

Msport.az xəbər verir ki, komanda Macarıstanın “Ferensvaroş” kollektivini qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlanacaq. Fransadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında Macarıstanda baş tutan ilk matçda “Qarabağ” 3:1 hesablı qələbə qazanıb. Azərbaycan çempionu bu üstünlüyünü qoruyarsa, Azərbaycan futbolu adına yeni tarix yazaraq, turnirin Liqa mərhələsinə vəsiqə qazanacaq.

 

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunu

27 avqust

20:45. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)

Hakimlər: Kleman Turpin, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq

VAR hakimləri: Jerom Brisar, Nikolya Renvill (hamısı Fransa)

Tofiq Bəhramov adına Respublika Stadionu

Bənzər xəbərlər