featured-image-42080

“Azərbaycan təmsilçisi “Qarabağ” onlardan güclüdür”.

“Metaratings” nəşrinə istinadən xəbər verir ki, o, bunu rusiyalı futbolçu Maqomed-Şapi Süleymanovun agenti Dmitri Selyuk Ağdam təmsilçisini Yunanıstan komandaları ilə müqayisə edərkən deyib.

Menecer Süleymanovun “Aris”də icarə əsasında çıxış etdiyini xatırladıb və Yunanıstan çempionatının zəif olduğunu vurğulayıb: “Orada oynamaq daha asandır. Cəmi bir neçə komanda var. “Olimpiakos”, PAOK və “Aris”. Bu klublar əksər hallarda avrokubokların qruplarına vəsiqə qazana bilmirlər. Azərbaycan təmsilçisi “Qarabağ” onlardan güclüdür”.

Bənzər xəbərlər