featured-image-42712

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin digər oyunları keçiriləcək.

Msport.az xəbər verir ki, günün ilk matçı Bakıda olacaq.

Yarışın son qalibi “Qəbələ” “Araz-Naxçıvan”ın müqavimətini qırmağa çalışacaq.

Günün ikinci görüşü isə Sumqayıtda gerçəkləşəcək. Şəhərin eyniadlı komandası “Neftçi”ni qəbul edəcək. 

Azərbaycan Kuboku

1/4 final mərhələsi, ilk oyunlar

31 yanvar (çərşənbə)

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Rauf Allahverdiyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”

Qeyd edək ki, ötən gün keçirilən ilk oyunlarda “Zirə” səfərdə “Səbail”i 2:1, “Qarabağ” “Sabah”ı 7:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər