featured-image-44018
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev istefa verib. Msport.az xəbər verir ki, klub rəhbərliyi 44 yaşlı mütəxəssisin istefasını qəbul edib.
2015-ci ilin iyunundan “Qəbələ”nin əvəzedicilərinin məşqçisi, 2017-ci ilin iyulunda baş məşqçisi kimi çalışan Baxşıyev 2018-ci ildən əsas komandada işləyib. 2019-cu ilin avqustunda baş məşqçi təyin olunan mütəxəssis bu müddətdə ümumilikdə 155 oyunda bu vəzifəni yerinə yetirib. “Qəbələ” onun rəhbərliyi altında 52 qələbə qazanıb, 41 heç-heçə edib və 62 dəfə uduzub. “Qırmızı-qaralar” Baxşıyevin rəhbərliyi altında Azərbaycan kubokunun 2022-2023-cü illər mövsümünün qalibi olub.
Dünən “Kəpəz”ə 1:2 hesabı ilə məğlubiyyətdən sonra “Qəbələ” Gəncə təmsilçisindən 8 xal geri qalır və turnir cədvəlində sonuncu yeri tutur.

Bənzər xəbərlər