featured-image-42299

“Qəbələ”nin futbolçusu Ahmed Ayzaya bərpa prosesi keçir.

“Qırmızı-qaralar”ın mətbuat xidmətindən Msport.az-a verilən məlumata görə, 28 yaşlı yarımmüdafiəçi “Araz-Naxçıvan”la yoxlama oyununda ciddi zədə alıb.

Müayinələrdən sonra onun sağ dizinin iç bağlarından xəsarət aldığı müəyyənləşib. Ayzaya 3-4 həftədən sonra komandaya qoşulacaq.

Nigeriyalı oyunçu meydana qayıtmağa çalışdığını bildirib: “Zədəmlə əlaqədar reabilitasiya prosesi keçirəm. Gündəlik həkim müayinələrində olub müalicəmi davam etdirirəm. Tezliklə meydana qayıtmaq üçün əlimdən gələn və məndən asılı olan hər şeyi etməyə çalışıram”.

Bənzər xəbərlər