featured-image-39560

“Qəbələ” “Zirə”yə qarşı keçirəcəyi Premyer Liqanın XIII tur oyunundan əvvəl itki ilə üzləşib.

Msport.az “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən Omar Hani bugünkü matçı buraxacaq.

İordaniyalı yarımmüdafiəçinin məşqdə əzələsi dartılıb.

Qeyd edək ki, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” – “Qəbələ” görüşü saat 16:30-da başlayacaq.

Bənzər xəbərlər