featured-image-46119

“Qəbələ” Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyununa itki ilə çıxacaq.

Msport.az xəbər verir ki, Feras Abu Akal “Zirə” ilə evdəki matçı buraxacaq.

Yarımmüdafiəçi cəzalı duruma düşüb. O, yarımfinalın səfər görüşündə (1:2) sarı vərəqə alıb. Bu, Ferasın mövsümdə ikinci xəbərdarlığı olub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü aprelin 24-də Qəbələdə keçiriləcək.

Bənzər xəbərlər