featured-image-29928

Evdə “Turan-Tovuz”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXIV tur oyununda zədələnən “Qəbələ”nin kapitanı Asif Məmmədov Türkiyədə təcili əməliyyat olunub.

Klubun mətbuat katibi Anar Hacıyevin Msport.az-a verdiyi məluamata görə, axill vətəri qopan futbolçu uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Bundan başqa, “qırmızı-qaralar”ın israilli oyunçusu Abu Akal Ferasın da zədəsi ciddidir. 26 yaşlı yarımmüdafiəçinin tibbi müayinəsinin cavabları sabah bəlli olacaq.

Hər iki futbolçu iyunun 3-də “Neftçi”yə qarşı keçiriləcək Azərbaycan Kubokunun final oyununu buraxacaq.

Bənzər xəbərlər