featured-image-69760

Azərbaycan Premyer Liqasının V turunun növbəti oyununda “Kəpəz” “Qəbələ”nin qonağı olub.

Msport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan matçda ev sahibləri 3:0 hesablı qələbə qazanıb.

Qolları Adriel Ba Loula (44) və Prins Ovusu (59, 67) vurublar. “Qəbələ” xallarının sayını 4-ə çatdırıb, “Kəpəz” hələ də xalsızdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “İmişli” “Karvan-Yevlax”ı 3:0, “Zirə” isə “Şamaxı”nı 2:1 hesabı ilə üstələyib.

Bənzər xəbərlər