“Qəbələ” liderlə oyuna itki ilə çıxacaq
“Qəbələ” Azərbaycan Premyer Liqasının V turunun bu gün keçiriləcək oyununda “Zirə” ilə qarşılaşacaq. Görüş Qəbələ şəhər stadionunda baş tutacaq.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ın hazırlığında yalnız bir futbolçu iştirak etmir. Feras Abu Akal zədədən sonra bərpa prosesi keçir.
Xatırladaq ki, Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” görüşü saat 18:00-da başlayacaq.