featured-image-79922

“Qəbələ”dən ayrılan Adriel Ba Luanın yeni klubu müəyyənləşib.

Msport.az xəbər verir ki, Fil Dişi Sahilindən olan futbolçu karyerasını Cənubi Koreyada davam etdirəcək.

29 yaşlı vinger “Kvandju” klubu ilə müqavilə bağlayıb.

Cənubi Koreyada çempionat davam edir və Ba Lua mövsümün ikinci yarısında yeni komandasını kömək edəcək.

Ötən iliin yayında “Qəbələ”yə keçən futbolçu bu müddət ərzində 34 oyunda 4 qol vurub və 11 məhsuldar ötürmə verib.

 

Bənzər xəbərlər