"Qəbələ"nin belə acınacaqlı duruma düşməyini qəbul edə bilmirdim"
“Baxdım məğlubiyyətlər sıralanır, “Sumqayıt”a da uduzandan sonra qərarımı qətilışdirdim”.
Bu sözləri Msport.az saytına açıqlamasında “Qəbələ”min baş meneceri vəzifəsindən ayrılan Nail Kərimov deyib.
O bildirib ki, böhran vəziyyətində hər hansı dəyişiklik yaxşı nəticə verir: “Ona görə də qərara gəldim ki, gedişim komandaya müsbət təsir edər. Öz təşəbbüsüm idi. Klub rəhbərliyinə də çox sağ ol deyirəm ki, məni saxlamaq üçün sona qədər israr etdilər. Lakin “Qəbələ” mənim üçün bir iş yerindən daha artıqdır. Odur ki, klubun belə acınacaqlı duruma düşməyini qəbul edə bilmirdim. Ümid edirəm ki, dəyişiklik effekt verəcək və komanda bu vəziyyətdən çıxacaq”.
2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən bölgə təmsilçisində çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.