featured-image-70303

Çilidə keçirilən U-20 dünya çempionatı davam edir.

Msport.az xəbər verir ki, “Qəbələ”nin futbolçusu Salihu Nasirunun şərəfini qoruduğu Nigeriya millisi ikinci oyununa çıxıb.

F qrupunda yer alan komanda Səudiyyə Ərəbistanı ilə qarşılaşıb. Görüş Nigeriya yığmasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Start heyətində oyuna başlayan Nasiru 71-ci dəqiqədə əvəzlənib. 10-cu dəqiqədə hesabı açan “Qəbələ”nin legioneri 38-ci dəqiqədəki ikinci qolun da məhsuldar ötürməsini verib və komandasının qalibiyyətinin memarlarından olub.

Nigeriya yığması növbəti görüşünü oktyabrın 6-da Kolumbiyaya qarşı keçirəcək.

Bənzər xəbərlər