“Qəbələ"nin yeni transferi xəstələnib
“Qəbələ”nin iki futbolçusu Misli Premyer Liqasının XXII turunda “Neftçi” ilə oyunöncəsi son məşqdə iştirak etməyib.
Msport.az xəbər verir ki, “qırmızı-qaralar”ın yeni transferi Əyyub Allaş hərarəti olduğu üçün hazırlığa qatılmayıb.
Zədəsini sağaldan Rüfət Əhmədov isə bərpa prosesini davam etdirir.
Qeyd edək ki, fevralın 10-da keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 15:00-da başlayacaq.







