featured-image-42665
“Qəbələ” İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.
“Qəbələ” İK öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edir, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Bənzər xəbərlər