"Qəbələ" Premyer Liqada qaldı
Bu gün 2026/27 mövsümü Azərbaycan Premyer Liqasına vəsiqə qazanan son komanda müəyyənləşib.
Msport.az xəbər verir ki, pley-off oyununda “Qəbələ” “Mingəçevir”lə üz-üzə gəlib. Sumqayıtdakı “SOCAR Polymer Arena”da keçirilən görüş “qırmızı-qaralar”ın qələbəsi ilə yekunlaşıb – 2:0.
“Qəbələ” Premyer Liqanın başa çatan mövsümünü 11-ci, “Mingəçevir” isə 1-ci liqanı 2-ci pillədə tamamlayıb.
18:30. “Qəbələ” – “Mingəçevir” – 2:0
Qol: Əkbər Eyubov, 36-avtoqol, Seydina Keyta, 45+5-pen.
Baş hakim: Tural Qurbanov
Sumqayıt “SOCAR Polymer Arena”







