featured-image-42207

Azərbaycan Premyer Liqasında XXIII turun oyun cədvəli məlum olub.

Msport.az xəbər verir ki, turun görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

17 fevral (şənbə)

“Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”, 16:00

“Səbail” – “Araz-Naxçıvan”
“ASCO Arena”, 18:30

18 fevral (bazar)

“Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 15:30

“Neftçi” – “Zirə”
“Neftçi Arena”, 18:00

Qeyd: “Qarabağ” klubunun rəsmi müraciəti, “Qəbələ” klubunun razılıq məktubu, PFL Əsasnaməsinin 6-cı maddəsinin 2-ci bəndi nəzərə alınaraq “Qarabağ” klubunun ölkəmizi Avropa Liqasında layiqincə təmsil etməsi məqsədilə Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” – “Qarabağ” oyunu PFL tərəfindən təxirə salınıb. Görüşün oynanılma vaxtı ilə bağlı PFL-in rəsmi saytında əlavə məlumat yerləşdiriləcək. Komandaların əvəzedici heyətləri arasında baş tutacaq oyun təqvimə uyğun şəkildə reallaşacaq.

Bənzər xəbərlər