featured-image-41784

2023/24 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Qəbələ” qış transfer dövründə ilk futbolçu keçidini gerçəkləşdirib.

“Qırmızı-qaralar”dan Msport.az-a verilən məlumata görə, Premyer Liqa təmsilçisi Mozambik millisinin üzvü Klesio Bauku heyətinə qatıb.

29 yaşlı vingerlə ilə 2,5 illik müqavilə imzalanıb.

Afrikalı oyunçu 2019/2020 mövsümündə də “Qəbələ”nin formasını geyinib. O, 22 oyunda 3 qol vurub. Bauk Premyer Liqada 18, Azərbaycan kubokunda 2 (3 qol), avrokuboklarda 2 matçda meydana çıxıb.

Bənzər xəbərlər