featured-image-40221

AFFA İntizam Komitəsi “Qəbələ” və “Turan Tovuz” klublarını cərimələyib.

Msport.az xəbər verir ki, buna komandalar arasında Azərbaycan Premyer Liqasının XIV turunun oyununda baş verən qayda pozuntuları səbəb olub.

Qarşılaşmanın 86-cı dəqiqəsində topdaşıyanlar meydana daxil olduğuna görə “Qəbələ” 500 manat cərimə edilib. 90+2-ci dəqiqədə isə “Turan Tovuz” azarkeşləri pirotexniki vasitədən istifadə etdikləri üçün Tovuz təmsilçisi 1500 manat ziyana düşüb.

Qeyd edək ki, “Qəbələ” – “Turan Tovuz” matçı meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bənzər xəbərlər