“Qəbələ” Yunanıstan klubu ilə üz-üzə
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti matçına çıxacaq.
Msport.az xəbər verir ki, Azərbaycan çempionu Yunanıstanda “Olimpiakos”la üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. “Qırmızı-qaralar” Qəbələdəki ilk matçda rəqibinə məğlub olub – 0:3.
Qeyd edək ki, “Qəbələ” I təsnifat mərhələsində Macarıstanın “Puşkaş Akademiya” klubunu üstələyib – 1:1, 1:0.