featured-image-42958

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Msport.az-ın məlumatına görə, günün ikinci matçında “Zirə” “Qəbələ”nin qonağı olub.

Qarşılaşma 1:1 hesabı ilə bitib. Meydan sahiblərində 14-cü dəqiqədə Ülvi İsgəndərov hesabı açıb. 19-cu dəqiqədə İlkin Muradov tarazlığı bərpa edib. Xallarının sayını 31-ə çatdıran paytaxt klubu 4-cü pillədə qalıb. “Qəbələ” isə 15 xalla sonuncu-10-cu sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Sumqayıt” evdə “Neftçi”yə qalib gəlib – 2:1. Tura fevralın 5-də “Kəpəz” – “Araz-Naxçıvan” qarşılaşması ilə yekun vurulacaq. Ötən gün “Qarabağ” “Səbail”i məğlub edib – 2:1. “Sabah” – “Turan Tovuz” matçında qalib müəyyənləşməyib – 1:1.

Bənzər xəbərlər