featured-image-65061

“Qızıl buts” mükafatı uğrunda mübarizədə sıralamada dəyişiklik olub.

Msport.az xəbər verir ki, mükafat Avropanın milli çempionatlarında ən çox qol vuran futbolçuya verilir.

La Liqanın geridə qalan turunda “Malyorka” ilə oyunda fərqlənən “Real”ın hücumçusu Kilian Mbappe qol sayını 28-ə çatdırıb. O, bununla ikinci yerə yüksəlib və zirvədə qərarlaşan Viktor Qyokereşə yaxınlaşıb.

Mbappe hazırda “Liverpul”lu Məhəmməd Salahla göstəriciləri bərabərləşdirib.

 

Viktor Qyokereş (“Sportinq”) – 57 xal (38 qol)

Kilian Mbappe (“Real”) – 56 (28)

Məhəmməd Salah (“Liverpul”) – 56 (28)

Harri Keyn (“Bavariya”) – 50 (25)

Robert Levandovski (“Barselona”) – 50 (25)

Mateo Retequi (“Atalanta”) – 48 (24)

Aleksander İsak (“Nyukasl”) – 46 (23)

Mika Bieret (“Şturm”, “Monako”) – 42,5 (24)

Usman Dembele (PSJ) – 42 (21)

Erlinq Haland (“Mançester Siti”) – 42 (21)

Bənzər xəbərlər