featured-image-44674

“Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyev Ukraynanın U-21 yığmasına dəvət edilib.

Msport.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyası məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi Macarıstanda (17-25 mart) təlim-məşq toplanışında iştirak edəcək, daha sonra Fukuokada Yaponiyaya qarşı oynamaq imkanı əldə edə bilər.

Qeyd edək ki, Ukrayna U-21 yığması tarixdə ilk dəfə 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında iştirak hüququ əldə edib.

Bənzər xəbərlər