featured-image-68305

Qurban Qurbanov Moskva “Spartak”ının baş məşqçi vəzifəsinə namizəd göstərilib.

Msport.az xəbər verir ki, Rusiyanın “Sport den za dnem” nəşrinin yazısında bu barədə qeyd olunub.

Sözügedən yazıda bir neçə başqa əcnəbi mütəxəssisin də adı çəkilib: “Qurban Qurbanov ən gözlənilməz, amma maraqlı variantdir. O, əcnəbi məşqçi olsa da, rus dilini bilir və postsovet məkanında işləmək təcrübəsinə sahibdir. 1999-2001-ci illərdə Qurbanov Rusiyada “Baltika” və “Fakel” komandalarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolu kəsişməyib. Bununla belə, o, “Qarabağ”da rusiyalı futbolçular, o cümlədən milli komandanın qapıçısı Andrey Lunyovu çalışdırıb və bu klubla avrokuboklarda uğurla çıxış edib. Son vaxtlar Rusiya ilə Azərbaycan arasında siyasi münasibətlərdə hər şey qaydasında olmasa da, məlumdur ki, idman siyasətdən kənardır”.

Qurbanov 2007-ci il avqustun 5-dən “Qarabağ”ın baş məşqçi postunda çalışır. O, 2017-18-ci illərdə paralel olaraq əsas millinin də baş məşqçisi olub.

Qeyd edək ki, moskvalılara hazırda Deyan Stankoviç rəhbərlik edir. Amma onun işi ürəkaçan deyil və istefası gündəmdədir.

Bənzər xəbərlər