"Qvardiola bir az dəlidir" - Erlinq Haaland
“Mançester Siti”nin yeni transferi Erlinq Haaland baş məşqçiləri Pep Qvardiola haqqında fikirlərini bildirib.
Msport.az xəbər verir ki, “Siti”nin heyətində debüt oyununda fərqlənən norveçli forvard belə deyib:
“Qvardiola bir az dəlidir. Bu, mənim xoşuma gəlir. Belə əyləncəli olacaq. Mən hələ cəmi bir həftədir klubdayam, odur ki, hələ çox şey deyə bilmərəm. Lakin yaxşı məşq etmişəm və məni gözləyənlərə hazıram”.
Qeyd edək ki, dünən gecə “Mançester Siti” “Bayern Münhen”lə ABŞ-da keçirilən yoxlama matçında 1:0 hesabı ilə qalib gəlib. İngiltərə klubunun heyətində yeganə qolu Haaland vurub.







