featured-image-82615

“Trabzonspor”un prezidenti Ərtoğrul Doğan baş məşqçi vəzifəsinə görə kimlərə müraciət etdiyini açıqlayıb.

Msport.az xəbər verir ki, Doğan, Antonio Konteni komandanın başına gətirmək istədiyini bildirib.

Lakin təcrübəli çalışdırıcı 25 milyon avro tələb edib və danışıqlar orada yekunlaşıb.

Klubun prezidenti həmçinin Pep Qvardiola ilə də əlaqə qurduğunu söyləyib. Ancaq ispaniyalı məşqçi ailəsinə bu il çalışmayacağı üçün söz verdiyini açıqlayıb. Gələn il bu haqda danışa biləcəklərini bildirib.

Qeyd edək ki, “Trabzonspor” klubunun sonuncu məşqçisi Fatih Tekke idi.

Bənzər xəbərlər