Rafinyaya Premyer Liqadan elçi
“Mançester Siti” mövsümün sonunda hücum xəttində dəyişiklik etmək istəyir.
Msport.az xəbər verir ki, rəhbərlik Erlinq Halanda daha çox qol imkanları yaradacaq vingerlər axtarır.
Baş məşqçi Pep Qvardiola “Barselona”nın sol cinah oyunçusu Rafinyanı sərəncamında görmək istəyir. “Şəhərlilər” braziliyalının transferi üçün “Barselona”ya böyük məbləğdə pul ödəməyə hazırdır.
Ancaq keçidin baş tutma ehtimalı çox aşağıdır. Çünki Rafinya özü “Barsa”da qalmaqda qərarlıdır.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm 45 oyunda 28 qol vurub, 22 assist edib.