featured-image-44894

Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun şərəfini qoruduğu LKS Polşa çempionatında növbəti matçına çıxıb.

Msport.az xəbər verir ki, Lodz təmsilçisi XXIV turda səfərdə “Varta” ilə üz-üzə gəlib.

Qarşılaşma LKS-nin minimal hesablı qələbəsi ilə bitib – 1:0.

Start heyətində meydana çıxan Məmmədov sonadək meydanda olub.

Qeyd edək ki, qalibiyyət sayəsində xallarının sayını 16-ya çatdıran LKS hələ də sonuncu pillədə qalıb.

Bənzər xəbərlər