Ramil Şeydayev əvəzedici heyətə göndərildi
“Neftçi” iki futbolçusunu əvəzedici heyətə ögndərib. Msport.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Samir Abasovun qərarına əsasən, Ramil Şeydayev və Ryonosuke Ohori əsas komandadan kənarlaşdırılıblar.
Hər iki futbolçu bundan sonra məşqləri əvəzedici komandada davam etdirəcəklər. Qeyd edək ki, yaponiyalı yarımmüdafiəçi “Neftçi”yə bu ilin yanvarında Litva çempionatından gəlib.