featured-image-42154

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin “Kocaelispor”a keçidi rəsmiləşib.

Msport.az xəbər verir ki, 28 yaşlı hücumçu Türkiyə klubu ilə 1,5 illik müqavilə bağlayıb.

Şeydayev təqdimetmə mərasimində yeni komandası ilə uğur qazanmaq istədiyini bildirib: “Kocaelispor”u Rəşad Sadıqova görə tanıyırdım. Transfer məsələm uzun çəkdi. Bu komandaya keçdiyim üçün xoşbəxtəm. Uğurlu mövsüm keçirmək istəyirəm. Türkiyədə və “Kocaelispor”da oynamaq məni həyəcanlandırır. Transferimdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Mövsümün sonunda birlikdə sevinəcəyik”.

Qeyd edək ki, Ramil Şeydayevin son klubu Tailand təmsilçisi “Buriram Yunayted” olub.

Bənzər xəbərlər