featured-image-39452

Ramil Şeydayevin çıxış etdiyi Tailandın “Buriram Yunayted” komandası Asiya Çempionlar Liqasında növbəti qələbəsini əldə edib.

Msport.az xəbər verir ki, ölkə çempionu qrup mərhələsinin IV turu oyununda Avstraliya təmsilçisi “Melburn Siti”ni səfərdə məğlub edib.

“Buriram Yunayted” 1:0 hesablı qalibiyyətə sevinib.

Qarşılaşmaya ehtiyatdan başlayan Ramil Şeydayev 61-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, H qrupunda yer alan “Buriram Yunayted” hazırda 6 xalla üçüncü pillədə qərarlaşır.

Bənzər xəbərlər