featured-image-39618

Azərbaycanın FIFA referisi Rauf Cabarov növbəti dəfə UEFA-dan təyinat alıb.

Msport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət Şimali Makedoniya və Gürcüstan yığmaları arasında AVRO-2025-in seçmə mərhələ oyununda iş başında olacaq.

Cabarova Namik Hüseynov və Müslim Əliyev köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 16-da Skopyedə reallaşacaq Şimali Makedoniya – Gürcüstan qarşılaşması Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Bənzər xəbərlər