“Real”ın baş məşqçi postuna iki əsas namizəd
“Real”ın baş məşqçi postuna iki əsas namizəd var. Msport.az xəbər verir ki, bu barədə Fransanın L`Equipe nəşri məlumat yayıb.
Madrid klubu Çempionlar Liqasının 1\4 final mərhələsində “Bayern”ə uduzaraq mübarizəni dayandırdı. “Real” La Liqada da demək olar ki, çempionluğu “Barselona”ya verib. Uğursuz nəticələr baş məşqçi Alvaro Arbeloanın istefasını yaxınlaşdırır.
Qəzetin yazdığına görə, “Real”ın üstünlük verdiyi əsas namizdələr “Milan”a rəhbərlik edən Massimilano Allleqri və ABŞ millisinin baş məşqçisi Maurisio Poçettinodur.
Qeyd edək ki, bir müddət öncə DÇ-2026-dan sonra Fransa millisini tərk edəcək Didye Deşamın da adı namizədlər sırasında çəkilirdi.







