featured-image-72081

“Real”da baş məşqçi Xabi Alonso ilə bəzi futbolçular arasında problemlər get-gedə böyüyür.

Msport.az xəbər verir ki, Madrid təmsilçisinin futbolçuları Vinisius Junior, Federiko Valverde və Cud Bellinqem Xabi Alonsonun işindən narazıdırlar.

Belə ki, Vinisius Xabi Alonsoya görə klub ilə müqaviləsini yeniləməkdən imtina edib. Futbolçu məşqçinin ona qarşı ədalətsiz davrandığını düşünür. Valverde yarımmüdafiə mövqeyində oynamaq istəyir, lakin mütəxəssis onu mərkəz yarımmüdafiəçisi kimi görmür və sağ cinah müdafiəsində oynatmağa üstünlük verir. Bellinqem isə Alonsonun sistemində öz yerini tapmayıb və məşqçinin ondan maksimum yararlandığına inanmır.

Qeyd edək ki, Xabi bu ilin yayından “Real”ın baş məşqçisidir.

Bənzər xəbərlər