featured-image-13473

“Real”ın və Avstriya millisinin müdafiəçisi David Alaba UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda Fransa yığması ilə oyunda (0:2) zədələnib.

Msport.az xəbər verir ki, müdafiəçinin zədəsinin ciddi olmadığı deyilir.

30 yaşlı avstriyalı futbolçu görüşün 70-ci dəqiqəsində əvəzlənib.

Millətlər Liqasının 6-cı turunda Avstriya öz meydanında Xorvatiya millisi ilə qarşılaşacaq. Alabanın bu görüşdə iştirakı sual altındadır.

Bənzər xəbərlər