featured-image-39014

“Bizi çətin qarşılaşma gözləyir”.

Msport.az xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Rəhman Hacıyev “Sabah”a qarşı keçirəcəkləri Premyer Liqanın XI tur oyunu ilə bağlı danışarkən deyib.

30 yaşlı yarımmüdafiəçi meydana üç xal üçün çıxacaqlarını bildirib: “Hər şey yaxşıdır. Sonuncu matçda qələbə qazandıq. Çox yaxşı hazırlaşırıq. Hər görüş vacibdir”.

Hacıyev üç mövqedə çıxış edə bildiyini söyləyib: “Baş məşqçi harada şans versə, daha yaxşısını etməyə çalışıram. Məncə, oyunum sağda daha yaxşı alınır. Növbəti görüşdə iştirak etsəm, qələbə üçün nəsə etməyə çalışacağam”.

O, “Sabah”ın üç gün əvvəl “Sumqayıt”la II turdan təxirə salınmış oyunda iştirak etməsinə toxunub: “Rəqib yorğun ola bilər. Amma biz öz oyunumuzu düşünməliyik və qələbə qazanmalıyıq”.

Qeyd edək ki, oktyabrın 29-da “Neftçi Arena”da reallaşacaq “Neftçi” – “Sabah” matçı saat 18:30-da start götürəcək.

Bənzər xəbərlər