featured-image-77123

“Çelsi”nin ulduz futbolçusu Moyses Kaysedo ilə uzunmüddətli yeni müqavilə imzalamağa hazırlaşır.

Msport.az xəbər verir ki, London klubu ekvadorlu yarımmüdafiəçini 2033-cü ilin yayına qədər komandada saxlamaq barədə qərar verib.

24 yaşlı oyunçu artıq yeni müqavilənin şərtlərini qəbul edib. Hazırda tərəflər arasında danışıqlar yekun mərhələdədir. Cari müqaviləsi 2031-ci ilə qədər qüvvədə olsa da, “zadəganlar” gənc istedadın göstəricilərindən razı qaldığı üçün onunla daha uzunmüddətli əməkdaşlıq etməyə qərar veriblər.

Qeyd edək ki, Kaysedo 2023-cü ilin yayında “Brayton”dan rekord məbləğə – 115 milyon funt sterlinqə transfer olunmuşdu. O, qısa müddət ərzində London klubunun orta xəttinin əvəzolunmaz simasına çevrilməyi bacarıb.

Bənzər xəbərlər