featured-image-52456

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubunda ilk qolunu vurub.

Msport.az xəbər verir ki, hücumçu I Liqada “Şanlıurfaspor”a qarşı matçda iştirak edib.

67-ci dəqiqədə meydana daxil olan Dadaşov 9 dəqiqə sonra rəqib qapısına yol tapıb.

Qeyd edək ki, qarşılaşma “Ankaragücü”nün qələbəsi ilə bitib – 2:0. 67-ci dəqiqədə oyuna daxil olan forvard 76-cı dəqiqədə komandasının ikinci qoluna imza atıb. Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər