Renat Dadaşov “Ankaragücü”nə keçidinin səbəbini açıqladı
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubuna transferi barədə danışıb.
Msport.az “NTV Spor”a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 1-ci Liqa təmsilçisinə keçidinin səbəbini açıqlayıb.
“Ankaragücü” böyük klubdur. Şəhər də çox gözəldir. Bütün bunlar buraya gəlməyimə səbəb oldu”.
Forvard klubun hədəflərindən də söz açıb: “Hədəfimiz yenidən Superliqaya vəsiqə qazanmaqdır. “Şanlıurfaspor”la ilk tur matçında (2:0) qol vurmaq mənə ruh yüksəliyi verdi. Bütün diqqətimizi “Ərzurumspor”a qarşı növbəti görüşə yönəldəcəyik. Bu oyunda da qalib gəlmək üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Renat Dadaşov avqustun 8-də paytaxt təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.