featured-image-39610

“Bizədək “Bavariya” ilə oynamış “Qalatasaray”ı məğlub etmək əla hissdir

Msport.az xəbər verir ki, bunu Türkiyənin “Hatayspor” klubunda çıxış edən azərbaycanlı futbolçu Renat Dadaşov Superliqanın XII turunda “Qalatasaray”a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra “TRT Spor”a açıqlamasında deyib.

24 yaşlı forvard bildirib ki, futbolda qalibiyyətlə yanaşı, məğlubiyyət də olur: “Amma bu, bizim üçün böyük qələbədir. Xüsusilə, komandamızın hücumçusu Didye Lamkel Ze möhtəşəm oyun nümayiş etdirdi. Ümid edirəm ki, mövsümün sonunda Avropa Liqasına gedəcəyik. Bu matçı baş məşqçimiz Volkan Demirelin sayəsində qazandıq. Qələbəni ona həsr edirik”.

Bənzər xəbərlər