Renat Dadaşovun qələbə şərhi
Azərbaycan millisinin və “Hatayspor”un futbolçusu Renat Dadaşov Türkiyə Super Liqasının VI turunda evdə “Trabzonspor”a 3:2 hesabı ilə qalib gəldikləri oyunla bağlı paylaşım edib.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu şəxsi instaqram səhifəsində bunları yazıb:
“Danışılası çox söz yoxdur. Bu, “Hatayspor”dur. Necə möhtəşəm performans idi”.
Qeyd edək ki, Dadaşov “Trabzonspor”la matçda komandasının ikinci qolunun ötürməsini edib.







