featured-image-44401

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Zirə” öz meydanında “Turan Tovuz”la bərabərə qalıb – 1:1.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra CBC Sport-a verdiyi açıqlamada komandasından razı qaldığını deyib:

“Oyundan əvvəl başqa cür fikirləşirdik, ağır səfərə gəlmişik. Bilirik ki, “Zirə”yə evdə qalib gəlmək asan deyil. Ağır həftə keçirdik. Zədəlilərimiz oldu. Denis Marandiçi, Souza, Paço. Bu gün Souzanı risk edərək cəmi bir məşqdən sonra 10-15 dəqiqə meydana buraxmaq istədik. Çünki oyun bunu tələb edirdi. Futbolçularımdan razı qaldım. Qırmızı vərəqə olmayana qədər də üstünlük bizdə idi. Ayxan Hüseynov və Fərid Nəbiyev 100 faizlik qol epizodlarını dəyərləndirə bilsəydilər, oyun tam başqa cür olacaqdı. Rəqib on nəfərlə qalanda daha motivasiyalı olur. Bilirdik ki, müdafiədə möhkəm oynayıb əks-hücumlara çıxacaqlar. Bu gün xalımızın üstünə xal gəldi. Paltardəyişmə otağında da dedim ki, bu oyunu unudub “Araz Naxçıvan”la görüşə hazırlaşmalıyıq. “Zirə” kimi komandaya qarşı futbolçularımın belə inamlı oynaması məni razı saldı”.

Tovuz klubunun baş məşqçisi qapılarına təyin olunmuş penalti epizodunu belə şərh edib: “Şərh vermək istəmirəm. Bizim qolda 7-8 dəqiqə oyun dayandı. Görünən odur ki, VAR sistemində ən çətinlik çəkdiyimiz məqam oyundankənar vəziyyət zamanı xəttin çəkilməsidir. Bu dəqiqə nəsə desəm yanlış olar. Epizodlara baxmaq lazımdır”.

Bənzər xəbərlər